
Mingəçevirdə hovuza düşən usta köməksiz vəziyyətdə qalaraq ölüb.
Yeniavaz.com xəbər verir ki, usta bədbəxt hadisə nəticəsində ölüb.
Qeyd edək ki, hadisə şəhərin “Energetiklər” yaşayış massivinə bitişik bağ təsərrüfatında baş verib. Həmin ünvandakı fərdi təsərrüfatda usta işləyən, 1953-cü il təvəllüdlü Lahıcov Fazil İslam oğlu yıxılaraq başından ağır xəsarət alıb və huşsuz vəziyyətdə dərinliyi 1 metr olan hovuza düşüb. Hovuzda köməksiz vəziyyətdə qalan usta ölüb. Faktla bağlı araşdırma aparılır.
Esmira Hidayətova, Mingəçevir
Tətbiqimizi yükləyə bilərsiniz