Saakaşvili 2008-ci il hadisələri zamanı qalstuk çeynəməsinin səbəbini AÇIQLADI

 
Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvili 2008-ci ildə telefon danışığı zamanı öz qalstukunu çeynəməsinin səbəbini açıqlayıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, M. Saakaşvili həmin vaxt kameraların onu çəkdiyindən xəbərsiz olub.
O deyib: “Mən bilmirdim ki, canlı efirdəyəm. İnsan özüylə xüsusi ilə belə vəziyyətdə tək qalanda hər şey edə bilər. Bu, “Artek” dövründən məndə qalan vərdişdir: o vaxtdan qalstuka laqeyd olmuşam. Buna görə də gördüyünüz kimi qalstuk çox da taxmıram”. 
M.Saakaşvili qeyd edib ki, söhbət zamanı kameralar, o cümlədən BBC və CNN-nin kameraları onun kabinetində olub: “Hərçənd, xüsusi isterikamın olduğunu xatırlamıram, bizdən heç kəs panikaya düşməyib”. 
Xatırladaq ki, söhbət 2008-ci ilin avqust müharibəsindəki epizoddan gedir. Gürcüstan ordusu Sxinvaliyə daxil olduqdan sonra Rusiya Cənubi Osetiyaya qoşun yeritmişdi. 10 gün davam edən müharibədən sonra Gürcüstan hərbçiləri bölgədən çıxarılmışdı.

DİGƏR XƏBƏRLƏR

Top