Fevralda Türkiyəyə 120 min gürcü, 50 min azərbaycanlı səfər edib


Bu ilin fevral ayında Türkiyəyə səfər edən azərbaycanlı turistlərin sayı 50 561 nəfər olub.
Yeniavaz.com Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən açıqlanan məlumatlara istinadən bildirir ki, Türkiyəyə səfər edən azərbaycanlı turistlərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 4,6% artıb. Məlumat üçün qeyd edək ki, ötən ilin fevral ayında Türkiyəyə 48 327 nəfər azərbaycanlı səfər edib.
Region ölkələrdən Türkiyəyə ən çox Gürcüstan vətəndaşları səfər edib. Fevral ayında Türkiyəyə 120 364 Gürcüstan vətəndaşı gedib.
Türkiyəyə səfər edən Gürcüstan və Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri vətəndaşlarının sayı belə olub:
1. Gürcüstan - 120 min 364
2. Rusiya - 87 min 741
3. Azərbaycan - 50 min 561
4. Ukrayna - 38 min 277
5. Türkmənistan - 21 min 271
6. Özbəkistan - 16 min 674
7. Qazaxıstan - 15 min 525
8. Qırğızstan - 8 min 798
9. Moldova - 7 min 724
10. Belarus - 3 min 957
11. Tacikistan - 3 min 775
12. Ermənistan - 3 min 7

DİGƏR XƏBƏRLƏR

Top