
2 aprel - Ümumdünya Autizm Maarifləndirmə Günü ilə əlaqədar olaraq dünyanın müxtəlif ölkələrində yerləşən əsas binalar mavi rəngdə işıqlanır.
Yeniavaz.com xəbər verir ki, Azərbaycanda hər il olduğu kimi bu ənənə “Birgə və Sağlam İctimai Birliyinin” təşəbbüsü ilə təkrarlanır. Dünya Autizm Maarifləndirmə günü ilə əlaqədar olaraq bu il də paytaxtımızda yerləşən əsas binalar mavi rəngdə işıqlandıralacaqdır.
Qız Qalası, Alov Qüllələri, Bakı Kristal Zalı, Bakı Olimpiya Stadionu və Bakı Ekspo Mərkəzi 2 aprel saat 20:00-da mavi rəngdə işıqlandırılacaqdır.
Sizdə autizmə dəstək olmaq üçün qeyd olunan binaların qarşısında 2 aprel saat 20:00 da ola bilərsiz. Maviyə boyanacaq binaların şəkillərini çəkərək #Birgesaglam #LightItUpBlue etiketləri ilə paylaşmağı unutmayın. Dəstəyiniz üçün minnətdarıq!
