Almaniya Səudiyyə Ərəbistanına qarşı qadağanı davam etdirəcək - SƏBƏB


Almaniya yenə də Səudiyyə Ərəbistanına silah tədarük etməyəcək.
Yeniavaz.com “İnterfaks” agenliyinə istinadla xəbər verir ki, bunu Almaniya hökumətinin nümayəndəsi Şteffen Zaybert deyib. Onun sözlərinə görə, embarqo 6 ay müddətinə - sentyabrın 30-dək uzadılacaq: “Bu dövr ərzində tədarüklər barədə heç bir yen sifariş qəbul edilməyəcək”. Almaniya hökuməti jurnalist Camal Qaşıqçının qətli ilə əlaqədar ötən ilin oktyabrında Səudiyyə Ərəbistanına qarşı silah embarqosu tətbiq etmişdi.
Xatırladaq ki, C. Qaşıqçı 2018-ci i oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda öldürülüb. Onun cəsədi hələ də tapılmayıb.

DİGƏR XƏBƏRLƏR

Top