Bu gün İlham Əliyev Paşinyanla görüşəcək


Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Avstriyanın paytaxtı Vyana şəhərində görüşəcək.

Görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifi əsasında razılaşdırılıb. Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə müzakirələr aparılacaq.

Qeyd edək ki, bundan öncə Vyanada ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan arasında görüş keçirilib. 

DİGƏR XƏBƏRLƏR

Top