Quaydoya 15 illik vəzifə tutmaq qadağası qoyuldu


Vensuela hökuməti müxalifət lideri Xuan Quaydoya 15 il ərzində hökumətdə vəzifə tutmaq qadağası qoyub.

Yeniavaz.com TASS-a istinadən xəbər verir ki, onun maliyyə deklarasiyasında pozuntular aşkar olunduğu iddia edilir.

Xatırladaq ki, Quaydo bu ilin yanvarında ölkənin müvəqqəti prezidenti elan olunub. Başda ABŞ olmaqla bir çox Qərb dövlətləri onu Venesuelanın prezidenti kimi tanıyıb. Onu da qeyd edək ki, Quaydo aprelin 6-sı Maduroya qarşı “Azadlıq əməliyyatı” keçirəcəyini açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top