Keçmiş millət vəkili vətəndaşın torpağını əlindən alıb? - VİDEO


Beyləqan rayon Əlinəzərli kənd sakini Əliyev Ruhid Məhəmməd oğlu ona məxsus torpaq sahəsinin 2014-cü ildə keçmiş millət vəkili Ayaz Orucov tərəfindən zəbt olunduğunu iddia edir. Bu barədə yeniavaz.com-a müraciət ünvanlayan Ruhid Əliyevin sözlərinə görə, keçmiş millət vəkili Ayaz Orucov 1995-ci ildən qanuni sənədlərlə onlara məxsus olan Beyləqan şəhərinin mərkəzində yerləşən 20 sot torpaq sahəsini zor gücünə onların əlindən alıb.
Şikayətçi bildirir ki, o vaxtdan etibarən dəfələrlə etdiyimiz şikayətlər əsasında torpağımız özümüzə qaytarılıb: "Ancaq aradan üç-dörd gün keçməmiş Ayaz Orucovun təzyiqi nəticəsində bizi qanuni mülkümüzdən qanunsuz olaraq polisin əli ilə kənarlaşdırıblar".  
Səslənən iddiaya münasibət bildirən keçmiş millət vəkili Ayaz Orucov yeniavaz.com-a verdiyi açıqlamada bildirdi ki, əgər həqiqətən də Ruhid Əliyevin dedikləri doğrudursa, onda məhkəməyə müraciət etsin: "Biz hüquqi dövlətdə yaşayırıq. Vətəndaş hüquqlarının tənzimlənməsilə məşğul olan orqan məhkəmə orqanlarıdır. Əgər iddia olunduğu kimi Ayaz Orucov ona hər hansı bir zərər vurubsa, qoy məhkəmə araşdırsın".

DİGƏR XƏBƏRLƏR

Top