Bakının məşhur şadlıq sarayında toy zamanı telefon oğurlandı - OĞURLUQ ANININ GÖRÜNTÜLƏRİ


Bakının məşhur "Xari Bulbul" şadlıq sarayında keçirilən toy mərasimi zamanı oğurluq hadisəsi baş verib. 


Sözügedən şadlıq sarayında keçirilən toy mərasimində iştirak edən qonaqlardan 2 nəfərin bahalı telefonları - "LG X screen" və "Xiaomi Mi A2" model mobil telefonlar oğurlanıb. 


Oğurluq anı toy mərasimini zalındakı kameraya da düşüb. Oğurluq edən şəxsin şadlıq sarayının ofsiantı olduğu ehtimal edilir. 


Zərərçəkmişlər oğurluq hadisəsilə əlaqədar polisə və şadlıq sarayının rəhbərliyinə şikayət etsələr də, ortada oğrunun görüntüsünün olmasına baxmayaraq, hələ də tapılmayıb. 


Zərərçəkmişlər deyir ki, bu il martın 12-də baş verən oğurluq anının görüntüləri polisə də təqdim edilib.   


Həmin görüntüləri təqdim edirik:


(Demokrat.az)

DİGƏR XƏBƏRLƏR

Top