Prezident 80 yaşlı icra başçısını təltif etdi


Ş.H.Xanbabayevin 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Yeniavaz.com xəbər verir ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Şəmsəddin Hüseynqulu oğlu Xanbabayev 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

 Qeyd edək ki, Ş.Xanbabayev Xaçmaz rayonunun icra başçısıdır. Onun aprelin 1-də 80 yaşı tamam olacaq.

DİGƏR XƏBƏRLƏR

Top