Bakıda piyada özünü maşına belə çırpdı - Ağlagəlməz üsul - VİDEO


Bakıda baş verən qəzaların yarısı piyada vurulması ilə nəticələnir. Qəzaların bəziləri sürücü günahı səbəbindən olsa da, bəziləri piyadaların məsuliyyətsizliyi üzündən baş verir.


Elə insanlar var ki, bilərəkdən özlərini maşının altına ataraq, sürücülərə problemlər yaradırlar. Beləlik onlar bilərəkdən qəza şəraiti yaradıb.

Belə hadisələrdən biri də avtomobillərin birinə quraşdırılan müşahidə kamerasına tuş gəlib.

Görüntülər Səbail rayonu ərazisində qeydə alınıb. Videodan da göründüyü kimi bir nəfər şəxs yolun ortasında dayanıb. O, qəfil orta sürətlə hərəkət edən avtomobilin üstünə atılır. Piyada maşına dəyib və yerə yıxılır.

Baş verən hadisənin görüntüsünü təqdim edirik:
 

(Baku.ws)

DİGƏR XƏBƏRLƏR

Top