Miqrantlar onları xilas edən gəmini ələ keçiriblər


Aralıq dənizində boğulmaq təhlükəsi ilə üzləşən 100-ə yaxın miqrant xilas olunub. 

Bu barədə məlumatı "Malta Today" nəşri Maltanın Silahlı Qüvvələrindəki mənbəyə istinadən yayıb.

Qeyd olunub ki, Liviya sahillərində xilas olunan miqrantlar təşəkkür etmək əvəzinə Türkiyədən Maltaya gedən "El Hiblu 1" ticarət gəmisini ələ keçiriblər. Gəminin kapitanı ilə əlaqə yaratmaq cəhdi uğursuz olub.

Bildirilib ki, yerli qurumlar hadisənin gedişatını izləyir və gəminin Maltanın daxili sularına daxil olmasına icazə verilməyəcək. (Report)

DİGƏR XƏBƏRLƏR

Top