Məktəbdən müəllimin döyülməsi xəbəri ilə bağlı AÇIQLAMA


Bakının 138 saylı orta məktəbi bu təhsil müəssisəsində müəllimin şagirdlər tərəfindən döyülməsi ilə bağlı məlumatlara aydınlıq gətirib.

Yeniavaz.com xəbər verir ki, məktəbdən trend-ə verilən məlumata görə, martın 27-də məktəbdə pedaqoji təcrübə keçən Azərbaycan Dillər Universitetinin tələbəsi məktəbdə siqaret çəkdiyi üçün XI sinif şagirdi ondan siqaret çəkməməsini xahiş edib: "Dərsdən sonra pedaqoji təcrübə keçən tələbə şagirdi məktəbdən kənara çağırıb və onlar arasında mübahisə baş verib. Məktəb rəhbərliyinə məlumat hüquq-mühafizə orqanından verilib".

DİGƏR XƏBƏRLƏR

Top