Hindistanda müsəlman ailəyə hücum edildi: Pakistana getmələri tələb olundu

Hindistanın şimalında müsəlman ailə evində dəyənək və dəmir çubuqlarla hücuma məruz qalıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, müsəlman ailə Quruqram şəhərində evlərində 20-25 nəfərin hücumuna məruz qalıb. Dəyənək və dəmir çubuqlarla döyülən müsəlman ailənin biri 2 yaşında olmaqla 11 üzvü yaralanıb. Hücum edənlər müsəlman ailənin Pakistana getmələrini tələb edib. Tərəflər arasında münaqişə kriket oyunu zamanı baş verib. Sonradan hindu qrup müsəlman ailənin evinə hücum edib. Polis hadisə ilə bağlı bir neçə nəfəri saxlayıb.

DİGƏR XƏBƏRLƏR

Top