5 ildir budkada yaşayan şəhid qardaşı - FOTO - VİDEO


Mingəçevir sakini, şəhid ailəsi olan Musayev Ramil Akif oğlu Yeniavaz.com saytına müraciət edib.
Bildirib ki, o, 5 ildir işlədiyi pinəçi budkasında yaşayır. Ailə vəziyyətinin ağır olması səbəbindən həyat yoldaşı onu bir qızı ilə tərk edib. Ramil deyir ki, Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür: "5 ildir işlədiyim ayaqqabı təmiri budkasında yaşayıram. Gündəlik 1-2 manat gəlirim olur. Qış aylarında müştəri olur amma yaz-yay aylarında işim zəif olur. Qardaşım Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub. Anam da şəkər xəstəsidir. Özünə bir təhər baxır. Mən də ailəli idim. Dolanışığım çox zəif olduğuna görə, evə normal çörək pulu apara bilmirdim. Bir qızım dünyaya gəldi. O da xəstədir. Ailəm bu şəriatə tab gətirə bilmədi. Onlar da məni tərk etdilər. Artıq 40 yaşım var. Mən bu gün dözülməz şəraitdə yaşayıram. 5 ildir ev yeməyinə həsrətəm. Ş.İ.Xətai 19 ünvanının qonşuları mənə həmişə kömək olub. Bu şəraitimlə bağlı JEK müdirinə müraciət etdim ki, məni yataqxana ilə təmin etsinlər. Onlarda məndən 1000 manat pul istədilər. Mənim o qədər pulum olmadığına görə bu gün bu vəziyyətdə yaşayıram. Qış aylarında odun peçi ilə buranı isidirəm. Artıq dözə bilmirəm. Xahiş edirəm aidiyyatı qurumlar məni yataqxana ilə təmin etsinlər. 40 yaşım olmasına baxmayaraq bu şəraitsizlik məni artıq xəstə salıb. Mənim başqa sənətim yoxdur. Əlimdən ancaq pinəçilik gəlir”.
Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top