20 Yanvar faciəsinin təşkilatçısı 10 il azadlıqdan məhrum edilib


Vilnüs dairə məhkəməsi SSRİ-nin keçmiş müdafiə naziri Dmitri Yazovu və Dövlət Təhlükəsizlik Komitəsinin (KQB) sabiq zabiti Mixail Qolovatovu 1991-ci ilin hadisələrinə dair iş üzrə təqsirli bilib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, məhkəmə qiyabi olaraq onları bəşəriyyətə qarşı cinayətlərdə və hərbi qanun pozuntularında günahkar sayıb. D. Yazov 10 il, M. Qolovatov isə 12 il azadlıqdan məhrum edilib. İş üzrə adı hallanan keçmiş sovet hərbçisi Gennadi İvanov isə 4 il iş kəsilib. O, hazırda Litvada yaşayır.
Xatırladaq ki, Litva Ali Şurası 11 mart 1990-cu il tarixində respublikanın müstəqilliyinin bərpa edildiyini elan edib. 1991-ci il yanvarın 13-də sovet zirehli texnikası Vilnüsə yeridilib. Toqquşmalarda 14 nəfər həlak olub, 600-dən çoxu yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top