265 azərbaycanlı Gürcüstana buraxılmayıb - SİYAHI


Gürcüstan Daxili İşlər Nazirliyi cari ilin yanvar-fevral aylarında ölkəyə 3 min 300 xarici vətəndaşın buraxılmadığına dair məlumat yayıb.

Bildirilir ki, yanvarda 1600, fevralda isə 1700 turist Gürcüstana buraxılmayıb. Bu siyahıda İran, Hindistan və Azərbaycan vətəndaşları liderlik edir. Belə ki, iki ayda 265 azərbaycanlı Gürcüstana buraxılmayıb.

Yanvar-fevral aylarında Gürcüstana buraxılmayan xarici vətəndaşların siyahısı:


Qeyd olunur ki, bundan başqa yanvarda ölkədən 4 turist- Banqladeş, Türkiyə, Hindistan və Haiti vətəndaşları, fevralda Misirin 4, İranın 4, İraq, Türkiyə və Pakistanın isə 1 vətəndaşı deportasiya edilib. 

DİN-in məlumatına görə, Gürcüstana səfər qaydalarını pozanlar əsasən İran, Çin və Rusiya vətəndaşlarıdır. (Qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top