“Diqlas” Ticarət Mərkəzində yenidən tüstülənmə başlayıb - FOTO


Bakının Nizami rayonu, Qara Qarayev prospekti, 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində yenidən tüstülənmə başlayıb.

Hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tüstülənmənin qarşısını almağa çalışırlar.

“Tüstülənmə səhərə yaxın başladı və hələ də davam edir”, - yanğınsöndürənlərdən biri bildirib.

Ərazidə FHN-in 3 yanğınsöndürən maşını var.

(Report)

DİGƏR XƏBƏRLƏR

Top