Rusiyada Azərbaycan vətəndaşı mağaza qarət etdi

Sankt-Peterburqda “Pyateroçka” mağazalar şəbəkəsi yeniyetmələr tərəfindən qarət edilib.
Yeniavaz.com Rusiya KİV-ə istinadla xəbər verir ki, hadisə martın 25-də axşam saatlarında baş verib. Yeniyetmələr rəflərdəki malları özləri ilə götürərək hadisə yerindən uzaqlaşıblar. Lakin onlar uzağa qaça bilməyiblər. Polis əməkdaşları 14-18 yaş arasında 10 gənci saxlayıb. Onlardan ən böyüyü Azərbaycan vətəndaşıdır. Maddi zərərin məbləği müəyyənləşdirilir. Cinayət işinin qaldırılması barədə məsələyə baxılır. 
 

DİGƏR XƏBƏRLƏR

Top