
Xəbər verildiyi kimi, bu gün səhər saatlarında paytaxtın Nizami rayonunda yerləşən "Diqlas" ticarət mərkəzində şiddətli yanğın başlayıb. FHN-in hadisə yerinə cəlb olunmuş yanğınsöndürən briqadalarına şiddətli yanğını ram etmək üçün nəzərdə tutulmuş xüsusi helikopter də qoşulub.
Yeniavaz.com xəbər verir ki, Musavat.com-un lentə aldığı videogörnütülərdə aydın şəkildə görünür ki, helikopter öz çəninə götürdüyü suyu yanğının "episentr"indən çox-çox aralı, tüstü çıxmayan yerə boşaldır. Bu fakt videonun 2.03-2.07 dəqiqələrində aydın görünür.
Belə bir qənaət var ki, qatı tüstü buludu helikopterin pilotuna yanğının ən şiddətli yerini görməyə və ona yaxınlaşmağa imkan verməyib.
Tətbiqimizi yükləyə bilərsiniz