Yarım milyardlıq ziyan dəyən ticarət mərkəzi - Nələr yandı?


Xəbər verdiyimiz kimi bu gün “Diqlas” Ticarət Mərkəzində yanğın baş verib. Yanğın saat 08:00 radələrində başlayıb və sonra TM-ni bütünlükdə əhatə edib.

“Diqlas” Ticarət Mərkəzi haqqında məlumatları diqqətinizə çatdırırıq.

Ticarət Mərkəzi 4 mərtəbədən ibarətdir. Bildirək ki, mərkəzin 1-ci və 2-ci mərtəbəsində əsasən santexnika malları (Topdan satış mərkəzi) satılırdı. 3 və 4-cü mərtəbələrdə isə geyim mağazaları idi. Üst mərtəbələrdə geyim, gəlinlik məhsullarına üstünlük verilirdi. Ticarət Mərkəzində əvvəllər qızıl-zinət malları çox olsa da, sonradan “Lotos” Ticarət Mərkəzinə köçürülüb.

Hazırda “Diqlas”da az sayda qızıl mağazası fəaliyyət göstərirdi.

Məlumata görə, yanğın nəticəsində dəymiş ziyanın təxminən yarım milyard manata yaxın olduğu bildirilir. 

Qeyd edək ki, TM-də mağazaların kvadratmetrinin qiyməti təxminən 200 manatdan başlayırdı. (Yeni Sabah)

DİGƏR XƏBƏRLƏR

Top