Moskvada KQB generalının meyiti tapıldı


Moskvanın şimalında Federal Təhlükəsizlik Xidmətinin (FTX) general-mayorunun meyiti tapılıb.
Yeniavaz.com Rusiya KİV-ə istinadla xəbər verir ki, bu, Rusiya KQB-sinin 10-cu şöbəsinin keçmiş əməkdaşı, sonradan FTX-nin idarələrindən birinin rəhbəri olan Sergey Sokolovdur.
50 yaşlı S. Sokolov öz mənzilində ölü vəziyyətdə tapılıb. O, sonuncu dəfə bu ayın əvvəlində qohumları ilə əlaqə saxlayıb, həmin vaxtdan bəri heç kəs onu axtarmayıb. Meyitin yanında FTX-nin pensiya, eləcə də KQB və FTX rütbələrinin yer aldığı hərbi bilet, silah arsenalı  aşkarlanıb.

DİGƏR XƏBƏRLƏR

Top