
Son 10 il ərzində "Facebook" sosial şəbəkəsində istifadəçilərin sayı 23,2 dəfə artıb. Yeniavaz.com statista.com sayıtından açıqlanan məlumatlara istinadən bildirir ki, 2008-cu ilin oktyabr ayının əvvəlində 100 milyon istifadəçisi olan "Facebook"un bu ilin əvvəlində 2 milyard 320 milyon istifadəçisi olub. Dünya əhalisinin təxminən 7,6 milyard nəfər olduğunu nəzərə alsaq, o zaman, hər 3 nəfərdən biri "Facebook" istifadəçisidir.
Ötən il ərzində "Facebook" istifadəçilərinin sayı 191 milyon artıb.
Tətbiqimizi yükləyə bilərsiniz