Yanan “Diqlas” Eldar Mahmudova məxsusdur?


Bu gün səhər saatlarında güclü yanğın başlayan “Diqlas” tiracət mərkəzi sabiq MTN naziri Eldar Mahmudova məxsus olduğu iddia olunur. Yeniavaz.com qafqazinfo-nun əldə etdiyi məlumata istinadən xəbər verir ki, “Diqlas”ın rəsmi sahibi  keçmiş nazirin oğlu Anar Mahmudovdur. 

Qeyd edək ki, MTN generallarının məhkəməsində də dəfələrlə “Vasmoy bazarı”nin taleyi gündəmə gəlib. İstintaq sənədlərinə görə, “Vasmoy bazarı”nın bir hissəsi Akif Çovdarovun qızının, digər hissəsi isə Hilal Əsədovun xanımı Nüşabə Əsədovanın adına olub. 

Bu məqamda bildirək ki, yanğın ticarət mərkəzinin yaxınlığındakı dönərxanaların birində baş verib. 

DİGƏR XƏBƏRLƏR

Top