
İstanbul meri seçildikdən sonra ilk görəcəyim iş 10 saat yatmaq olacaq.
Yeniavaz.com “Sputnik Türkiyə” saytına istinadla xəbər verir ki, bunu hakim Ədalət və İnkişaf Partiyasının İstanbul şəhər merinə namizədi Binəli Yıldırım deyib.
B. Yıdırım “seçildikdən sonra görəcəyiniz ilk iş nə olacaq?” sualı verən bir gəncə “məni seçsəniz, 10 saat yatacağam” deyərək cavab verib: “Dərhal görəcəyimiz iş bəllidir. Hər kəsi toplayıb gənclərdən, işçilərdən, iş adamlarından, təqaüdçülərdən brifinq götürəcəyəm. Məlumat aldıqdan sonra idarəçiləri dinləyəcəm”.
Tətbiqimizi yükləyə bilərsiniz