Kanada parlamentinin deputatları Qarabağdakı seperatçı rejimlə "dostluq qrupu" yaratdılar


Kanada parlamentinin bir qrup deputatı və Dağlıq Qarabağdakı seperatçı rejimin "parlament" nümayəndələri arasında "dostluq qrupu" yaradılıb.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, parlamentlərarası "dostluq qrupuna" Kanada parlamentinin üzvü Reyçel Xarder rəhbərlik edəcək.
Qeyd edək ki, Reyçel Xarder 2017-ci ildə Dağalıq Qarabağa qanunsuz səfər etdiyi üçün Azərbaycan XİN tərəfindən "arzuolunmaz şəxs" elan olunub.
Özünü seperatçı rejimin Xarici işlər naziri elan edən Aşot Qulyan bəyan edib ki, "dostluq qrupu"nun yaradılmsı "Artsax"ın beynalxalq ictimaiyyət tərəfindən tanınması istiqamətində atılan böyük addımdır.
Məlumat üçün bildirək ki, bugünə kimi seperatçı rejim təmsilçiləri bir neçə ölkənin parlament üzvləri ilə də analoji "dostluq qrupu" yaratmağa nail olublar. Daha əvvəl Litva, Belçika, Fransa, Ermənistan və Avropa Parlamentinin deputaları arasında oxşar əməkdaşlığa imza atılıb.

DİGƏR XƏBƏRLƏR

Top