Azərbaycanlıya qarşı “Oturum kartı” fırıldağı – Fransada


Fransada müvəqqəti yaşamaq icazəsi bitən azərbaycanlı dələduzluqla üzləşib. Bu barədə AzEuroNews.com-a məlumat verən Fransanın Ero bölgəsində (Departament) yaşayan həmvətənlərimizdən Anar Məmişovun sözlərinə görə, yaşamaq icazəsi ilə bağlı müddət bitdiyindən şəhər icra hakimiyyətindən görüş vaxtı almaq istəyib. 

“İnternet vasitəsi ilə görüş vaxtı ala bilmədim. Şəhər icra hakimiyyətinə getdim. Elə oldu ki, orda da görüş vaxtı ala bilmədim. İşə getməli idim, gecikirdim. Orda mənə bir nəfər yaxınlaşıb dedi ki, istəyirsənsə öz yerimi sənə sata bilərəm. Kartın vaxtı bitir, buna görə cərimələnə bilərəm və görüş vaxtı ala bilmirəm. Bu səbəblərə görə, düşünmədən adama 200 avro verdim. Tarix və saat yazılan bir vərəqi mənə verib getdi” deyə A.Məmişov söyləyib. 

Onun sözlərinə görə, vərəqdə yazılan tarixdə yenidən icra hakimiyyətinə gedərək “oturum kartı”nın vaxtını uzatmaq istədiyini bildirib. Lakin ona deyiblər ki, sizinlə bu günə hər hansı bir görüş təyin olunmayıb: “İcra hakimiyyətinin binasıdan çıxanda gördüm ki, mənim kimi 4 nəfər də bu problemə görə polislə söhbət edir. Onda bildim ki, aldadılmışam. Polisə getdim ərizə ilə müraciət etdim. Mənə dedilər ki, həmin şəxsin müəyyən olunması üçün axtarışlara başlayıblar“.

Ero şəhər icra hakimiyyətindən verilən açıqlamaya görə isə, “Oturu kartı”nın vaxtı ilə bağlı vətəndaşlar “TƏCİLİ” başlıqla [email protected] poçt adresinə məktub yazıb görüş vaxtı ala bilərlər. 

DİGƏR XƏBƏRLƏR

Top