13 yaşlı uşağı maşın vurdu - Sumqayıtda


Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yeniavaz.com ona-ya istinadən xəbər verir ki, şəhərin Səməd Vurğun küçəsində "Opel" markalı avtomobil yolu keçmək istəyən təxminən 13 yaşlı uşağı vurub.

O, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Ölənin şəxsiyyəti dəqiqləşdirilir.

Sürücünün sərxoş olduğu bildirilir.

Mərhumun meyiti müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top