Gəncədə piyadanı maşın vurdu


Gəncədə piyadanın vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

Yeniavaz.com ona-ya istinadən xəbər verir ki, hadisə şəhərin Nizami prospektində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən 17 yaşlı Tural Nəsibovu “Mitsubishi” markalı 90-PZ-613 dövlət nömrə nişanlı avtomobil vurub.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Xəstəxanadan bildirilib ki, gəncin vəziyyəti kafi olaraq qalır. Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top