Astana Nazarbayevin şərəfinə Nur-Sultan oldu - Prezidentdən Fərman


Qazaxıstanın paytaxtı Astananın adı dəyişdirilib. Yeniavaz.com xarici KİV istinadən xəbər verir ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bu gün ölkə paytaxtı Astana şəhərinin adını Nur-Sultana dəyişdirilməsi ilə bağlı fərman imzalayıb.

Fərmanda deyilir: “Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərinin adı Nur-Sultan şəhərinə dəyişdirilsin”.

Xatırladaq ki, 1989-cu ildən Qazaxıstana başçılıq edən Nursultan Nazarbayev martın 19-da ölkə prezidenti səlahiyyətlərini dayandırması barədə fərman imzalayıb. 2020-ci ildə keçirilməli olan seçkilərədək keçmiş Baş nazir və parlament senatının sabiq spikeri Qasım-Jomart Tokayev dövlət başçısının səlahiyyətlərini icra edəcək. O, paytaxt Astananın Nursultan adlandırılması təşəbbüsü ilə çıxış edib. Qazaxıstan parlamenti bu təklifi dəstəkləyib.

Astananın adının dəyişdirlməsi şəhər sakinləri arasında etirazlara səbəb olub.

DİGƏR XƏBƏRLƏR

Top