Zaqatalada canavarlar 40-dan çox heyvanı parçaladı


Zaqatalada canavarlar fermaya hücum edib. Yeniavaz.com ona-ya istinadən xəbər verir ki, hadisə rayonun Qandax kəndində qeydə alınıb.

Canavarlar kənd sakini Rəcəb Məmmədova məxsus 40-dan çox xırdabuynuzlu heyvanı parçalayıb. 

R.Məmmədov bildirib ki, hücuma məruza qalan heyvanlardan 12 tələf olub, qalanları isə yaralıdır. 

Qeyd edək ki, canavarlar hücum edən fermada bir-neçə kənd sakininə məxsus 300 baş xırdabuynuzlu heyvan olub.

DİGƏR XƏBƏRLƏR

Top