Yeni Zelandiya terrorçusu ilə bağlı AÇIQLAMA


Yeni Zelandiyanın Kraystçerç şəhərindəki iki məscidə silahlı hücum edən terrorçu ömürlük həbs cəzası alacaq.

Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu Yeni Zelandiya Baş nazirinin müavini Uinston Piters İstanbulda İslam Əməkdaşlıq Təşkilatının hadisə ilə əlaqədar təcili iclasında çıxış edərkən deyib.

O, çıxışında bildirib ki, bu hamımıza hücum deməkdir: "Bu işlə bağlı ölkə tarixində ən böyük polis araşdırması aparılır. Terrorçu ömrünün qalan hissəsini biradamlıq kamerada keçirəcək".

Qeyd edək ki, martın 15-də avstraliyalı Brenton Tarant Yeni Zelandiyanın Kraystçerç şəhərindəki iki məsciddə insanlara atəşə açıb. Hadisə nəticəsində 51 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

DİGƏR XƏBƏRLƏR

Top