Yeniavaz.com xəbər verir ki, hadisə gecə saatlarına Bakı-Qazax avtomagistralının rayonun Borsunlu kəndindən keçən hissəsində baş verib. Toqquşmadan sonra minik maşını qəfildən alovlanıb. Hadisə yerinə yanğın söndürənlər çağrılıb. Baş verən yanğın söndürülüb. Dəhşətli qəza nəticəsində avtomobildə olan 2 nəfər yanaraq dünyasını dəyişib. Onlardan birinin 31 yaşlı Zəminə Mustafayeva olduğu, digərinin isə şəxsiyyəti dəqiqləşdirilir. Hadisənin baş vermə səbəbləri araşdırılır.
***09:41
Goranboyda ağır yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər maşında yanaraq ölüb.
Yeniavaz.com Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, “Mercedes” markalı yük avtomobili ilə “Ford” markalı minik avtomobilinin toqquşması nəticəsində “Ford”da yanğın baş verib.
Yanğının kəşfiyyatı zamanı minik avtomobilində şəxsiyyəti bilinməyən iki nəfərin yanmış meyiti aşkarlanıb. Cəsədlər yanğınsöndürənlər tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Yük avtomobili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Tətbiqimizi yükləyə bilərsiniz