Həyətində narkotik yetişdirən saxlanılıb


Həyətində narkotik yetişdirən şəxs saxlanılıb.
Yeniavaz.com DİN-ə istinadən xəbər verir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Balakən rayonun Xalatala kənd sakini Ramazan Timirov saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan kultivasiya yolu ilə yetişdirilən 30 ədəd çətənə bitkisinin şitilləri aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top