![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2018/9/17/1/5644dd5a-9ade-4366-8693-75735098f129/neft_bahalasibbb.jpg)
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,4 dollar və yaxud 0,58% artıb.
Yeniavaz.com xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 68,9 dollar təşkil edib.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.