"Bütün mərkəzi küçələrə Nazarbayevin adı verilməlidir" - Qazaxıstanın yeni prezidenti


Qazaxıstanın Prezidenti vəzifəsinin icrasına başlayan Kasım-Jomart Tokayev Qazaxıstanın paytaxtı Astana şəhərinin adını dəyişdirilərək Nursultan adlandırılmasını təklif edib.

Yeniavaz.com xarici KİV istinadən xəbər verir ki, bundan əlavə, Tokayev ölkənin bütün mərkəzi küçələrinə Nazarbayevin adının verilməsini və dövlətdə mövcud olan bütün yüksək səviyyəli mükafatlarla təltif edilməsi təklifini verib.

Tokayev həmçinin Nazarbayevə "fəxri senator" statusunun verilməsini zəruri hesab edir: "Qazaxıstanın ilk Prezidentinin şəkilləri isə bütün ictimai yerlərdə icbari atribut olaraq qalacaq".

DİGƏR XƏBƏRLƏR

Top