Nazarbayevin istefasından sonra qazaxlar kütləvi şəkildə dollar almağa başladı

 
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev istefa verdiyini bəyan etdikdən sonar qazaxıstanlılar kütləvi şəkildə dollar almağa başlayıblar. Yeniavaz.com “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, nəticədə bəzi valyutadəyişmə məntəqələrində ABŞ dollarının satış məzənnəsi yüksəlib. Bəzi valyutadəyişmə məntəqələrində əhali tərəfindən tələbatla bağlı  ajiotajın yaranması səbəbindən valyuta qurtarıb.
 
Belə ki, yerli vaxtla saat 21:30-da dolların satışı bəzi məntəqələrdə 378,5 tenge/$ məzənnəsi üzrə həyata keçirildiyi halda, saat 22:00-da bu, 385 tenge/$ məzənnəsi üzrə aparılıb. 

DİGƏR XƏBƏRLƏR

Top