Yeni Zelandiyanın baş naziri: "Əssalamun əleykum sülh deməkdir" - VİDEO


Yeni Zelandiyanın baş naziri Casinda Ardern məsciddə terror aktı törədən terrorçunun adını bir də heç vaxt çəkməyəcəyini bildirib.
Yeniavaz.com BBC-ə istinadla xəbər verir ki, baş nazir bu gün parlamentdə keçirilən xüsusi iclasda iştirak edib və sözlərinə “Əssalamun əleykum” kəliməsi ilə başlayıb. O müsəlman xadimlərin də iştirak etdiyi iclasda bildirib ki, bu söz “hamı üçün sülh” mənasına gəlir.
Casinda Ardern bildirib ki, heç vaxt o terrorçunun adını çəkməyəcək: “O terrorçudur, cinayətkardır və irqçidir. Mən heç vaxt onun adını çəkməyəcəyəm”.
Baş nazir həmçinin bütün yeni zelandiyalıları cümə günü müsəlmanların kədərinə şərik olmağa dəvət edib.

DİGƏR XƏBƏRLƏR

Top