Bakıda marşrut avtobusu zəncirvari qəza törədib - VİDEO


Bakıda 5 maşının iştirakı ilə zəncirvarı yol qəzası baş verib.

Yeniavaz.com ona-ya istinadən xəbər verir ki, hadisə Qara Qarayev prospektində, 8-ci kilometr bazarı yaxınlığında qeydə alınıb. 40 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu “VAZ-2107”,  “VAZ” və  “Nissan” markalı avtomobillərə çırpılıb. Daha sonra “Nissan”  “Qazel”ə, “Qazel” isə BMW-yə dəyib.

Qəza nəticəsində “VAZ-2107” markalı avtomobilin sürücüsünün xəsarət aldığı bildirilir.

Hadisə nəticəsində yolda tıxac yaranıb.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top