Putin Ərdoğanı Krımda məscid açılışına dəvət etdi

 
Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı Krımda Cümə məscidinin açılış mərasiminə dəvət edib. Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bunu V. Putin Krıma səfəri zamanı qeyri-hökumət təşkilatları və dini liderlər ilə görüşdə deyib.
 
O, R.T.Ərdoğanı Ağməscid şəhərindəki Cümə məscidinin açılış mərasiminə dəvət edib. Rusiya Prezidenti bildirib: “Prezident Ərdoğanı dəvət etdim. Onun bu məsələdən xəbəri var və anladığım qədəriylə bu dəvətə müsbət yanaşıb. Görək necə olacaq, gəlməyə vaxt və imkan tapacaqmı?!” Qeyd edək ki, Krımın Rusiyaya ilhaqından sonra inşasına başlanılan Cümə məscidinin rəsmi açılış mərasimi aprelin 21-nə planlaşdırılıb”. 

DİGƏR XƏBƏRLƏR

Top