İsrail XİN-in keçmiş başçısı Bakıda Ərdoğana cavab verdi


Bakıda səfərdə olan İsrail hökumətinin başçısının keçmiş müavini və keçmiş xarici işlər naziri Tsipi Livni virtualaz.org-un əməkdaşına müsahibəsində Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın bu günlərdə verdiyi bəyanata münasibət bildirib. Həmin bəyanatında Ərdoğan İsrailin baş naziri Binyamin Netanyahunu fələstinli uşaqların ölümündə ittiham edib.
“Mən prezident Ərdoğanın İsrailin baş nazirinin ünvanına səsləndirdiyi həmin sözlərinin qəti əleyhinəyəm. İsrail heç zaman terrorçuluğu təbliğ etməyib. Əksinə, 60 ildən artıqdır ki, biz terrorçuluğun qurbanıyıq. Buna görə də, türkiyəli liderin baş nazirimizin ünvanına ittihamları ilə razılaşa bilmərəm”, - Tsipi Livni deyib.
O ki qaldı İran məsələsinə, İsrailin keçmiş XİN başçısı qeyd edib ki, İranın ekstremist ideologiyası region ölkələrinin müsəlmanları üçün də təhlükəlidir.
“Hazırda region ABŞ-ın ərəb-İsrail münaqişəsinin tənzimlənməsi üzrə sülh planını gözləməkdədir. Təəssüf ki, Vaşinqton hələlik onun təfərrüatlarını elan etməyib. Istənilən halda, İsrail üçün İran təhlükəsi həddən artıq ciddidir”, - Livni qeyd edib

.

DİGƏR XƏBƏRLƏR

Top