Müsəlmanlar üçün ağlayan xristian baş nazir – VİDEO

Martın 15-də Yeni Zelandiyada törədilən terror aktı nəticəsində həyatını itirənlərin sayı 51-ə çatıb. Ölkə böyük bir hüznə qərq olub, bunu baş nazir Casinda Ardernin həyatını itirənlərin yaxınları ilə birgə ağlaması da göstərir.

Yeniavaz.com xəbər verir ki, həyatını itirənlərin yaxınlarına təsəlli vermək üçün mərasimə qoşulan baş nazir həyat yoldaşını itirmiş müsəlman qadını qucaqlayaraq ağlayıb. Hər nə qədər normal hal kimi görünsə də, bir çox ölkə liderinin irqçi və ayrımçı kəlimələri sıx-sıx istifadə etdiyi dövrdə xristiyan baş nazirinin belə addımı bütün dünya tərəfindən rəğbətlə qarşılanıb.

“Ağ buludlar ölkəsi”nin qadın baş naziri Casinda Ardrenin başsağlığına getdiyi evdə simvolik olaraq başını bağlaması, empatiya qurması, qarşılıqlı hörmət, sevgi və mübarizəni xüsusi vurğulaması isə bir çox dünya liderinə örnək göstəriləcək dərəcədədir.

Həmçinin, Avstraliya baş naziri Skot Morisonun da müsəlman din xadimləri ilə isti münasibəti dünya müsəlmanları tərəfindən təqdir edilib.

DİGƏR XƏBƏRLƏR

Top