Bakıda baş verən yanğın nəticəsində 62 yaşlı qadın yanaraq ölüb.
Yeniavaz.com Fövqəladə hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb. Belə ki, ümumi sahəsi 20 m² olan dəmir konstruksiyalardan ibarət tikilinin içərisində əşyalar yanıb.
Yanğının kəşfiyyatı zamanı 1957-ci il təvəllüdlü Malaxova Elmira İdris qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın söndürülüb.

Tətbiqimizi yükləyə bilərsiniz