Şiddətli külək nə vaxta qədər davam edəcək? - AÇIQLAMA


Dünən axşam saatlarından etibarən ölkə ərazisində başlayan güclü külək hələ də davam etməkdədir. Bu hal insanların və nəqliyyatın hərəkətinə öz təsirini göstərir. Bəs güclü külək nə vaxta qədər davam edəcək?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Yeniavaz.com-a açıqlamasında bildirib ki, güclü külək sabah axşam saatlarına kimi davam edəcək: “Küləkli hava şəraiti artıq martın 17-i axşam saatlarından etibarən başlayıb. Şimal-qərb küləyi, daha sonra şiddətini biraz da artırıb, hal-hazırda da bu vəziyyət davam etməkdədir. Şimal-qərb küləyi sabah, yəni martın 18-i axşam saatları mülayimləşəcək”.

DİGƏR XƏBƏRLƏR

Top