2,4 milyon manata satılan quş


Belçikada hərraca çıxarılan bir göyərçin 1 milyon 252 min avroya (2 milyon 412 min 729 manat) satılıb.
Yeniavaz.com CNN-ə istinadla xəbər verir ki, quş satılan ən bahalı göyərçin kimi tarixə düşüb. Yerli mətbuat orqanlarının verdiyi məlumata əsasən hərrac internetdən həyata keçirilib. Armando adlı erkək Flaman göyərçini uzun məsafəli yarışlarda dəfələrlə qalib olub. 5 yaşlı poçt göyərçini çinli bir həvəskar tərəfindən alınıb. O, göyərçini yarışdırmayacağını, damazlıq kimi istifadə edəcəyini bildirib.
Qeyd edək ki, Belçikada 2017-ci ildə keçirilən hərracda da bir poçt göyərçini 400 min avroya satılmışdı.

DİGƏR XƏBƏRLƏR

Top