
Gürcüstanın paytaxtı Tbilisinin Ortaçala rayonunda tikilməkdə olan binadan 3 fəhlə yıxılıb.
Nəticədə 2 fəhlə ölüb, 1-i müxtəlif dərəcəli xəsarətlər alıb.
Xəsarət alan fəhlə xəstəxanaya yerləşdirilib.
Gürcüstanın Daxili İşlər Nazirliyi tərəfindən faktla bağlı, tikinti işləri zamanı təhlükəsizlik normalarının pozulması maddəsi üzrə cinayət işi açılıb.(report)