Terroristə dəstək verən avstraliyalı senatorun başında yumurta qırdılar – VİDEO


Radikal irqçi senator Freyzer Enninq Yeni Zelandiyadakı terror aktına müsəlmanların buraya köçməsini səbəb kimi göstərib.
Yeniavaz.com Guardian-a istinadla xəbər verir ki, Melburnda təşkil edilən mətbuat konfransında avstraliyalı senator televiziya kanalına müsahibə verən zaman 17 yaşlı yeniyetmə senator boykot edərək onun başında yumurta sındırıb və bunu mobil telefonu ilə lentə alıb. Senator isə əvvəlcə uşağa sillə vurub, daha sonra isə onu yumruqlamağa çalışıb. Lakin ətrafdakı insanlar buna imkan verməyib.
Yeniyetmə daha sonra polis tərəfindən saxlanılıb. Viktoria polisi hadisəni araşdırır.
Avstraliyanın baş naziri Skot Morison terror hadisəsinə görə Enninqin müsəlmanları günahlandırmasını belə təsvir edib: “O söhbəti çox çirkin bir hala gətirdi, Avstraliyada onun kimilərə yer yoxdur”.
Baş nazir həmçinin onun hökumətdən kənarlaşdırılacağını da bildirib.
Avstraliya İşçi Partiyasının lideri Bill Shorten isə Enninqin "bir başlığa qovuşduğunu" söyləyib.
Enninqin məclisdən çıxarılmasını tələb edən bir dəyişiklik ərizəsi 250 min imza toplayıb.

DİGƏR XƏBƏRLƏR

Top