Mingəçevirdə yeni müasir tibb ocağı fəaliyyətə başladı


Mingəçevir şəhərində bu gün yeni bir tibb müəssisəsinin Regional Hospitalın açılış mərasimi keçirilib. Müasir tibb avadanlıqları ilə təhciz edilən tibb ocağının açılışında Mingəçevir şəhəri İcra Hakimiyyətinin nümayəndəsi İlqar Pirməmmədov İcra başçısı adından müəssisənin rəhbərlərinə minnətdarlıq bildirib, tibb işçilərinə naliyyətlər arzulayıb. Daha sonra Türkiyədən, Bakı şəhərindən gələn qonaqlar çıxış edərək hospitalın açılış münasibəti ilə öz əbriklərini çatdırıblar.
Hospitalın rəmzi açılışını bildirən lent kəsilib. Qonaqlar hospitalda yaradılan şəriatlə tanış olublar.
Yeniavaz.com saytına tibb müəssisəsi barədə açıqlama verən əməkdar həkim, cərrah Qiyas Mehtiyev öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq bildirib ki, regionların sosial-iqtisadi inkişafı üzrə uyğun olaraq Mingəçevir şəhərində də bu cür tibb ocağı fəaliyyətə başlayıb: "Bir həkim kimi demək istəyirəm ki, 50 ildir ki,Mingəçevir şəhərində insanlarımıza cərrah kimi xidmət göstərirəm. Mingəçevir şəhərinin çox gözəl ənənələri var, yaxşı şəhər mərkəzi xəstəxanası da var və orada demək olar ki, bütün cərrahi əməliyyatlar icra olunur. Bu gün gördüyünüz kimi gözəl Mingəçevir şəhərində müasir memarlıq üslubunda gözəl bir tibb ocağıda tiklilib insanların istifadəsinə verilib. Əsas məqsəd şəhər əhalisi ilə yanaşı ətraf rayon və şəhərlərin əhalisinə yüksək ixtisalı yardım göstərməkdir. Müəssisə Almaniya istehsalı olan son model avadanlıqlarla təhciz olunub. Klinikamızda yüksək ixtisaslı həkimlər çalışır. Çalışacayıq ki, xəstələrimiz müəssisədən çıxanda gülərüzlə çıxsınlar və ən müasir avadanlıqla təhciz edilmiş aparatlarla müayinə-müalicə olunacaqlar. Arzu edirəm ki, müəssəmizə gələn hər bir pasient bizdən razı qalsınlar və tibb işçilərimizin əli onlar tərəfindən öpülən əllərdən olsun. Mən həkimlərimizə tövsiyə edərdim ki, insanlara yardım göstərəndə öz vicdanlarının səsinə çavab versinlər. Bizim digər klinikalardan fərqimiz yüksək ixtisaslı həm konservativ, həm də operativ xidmət göstəriləcək”.

Esmira Hidayəotova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top