Terror aktı qurbanlarının ailələrinə 2 milyon dollar toplandı


Yeni Zelandiyada terror aktı nəticəsində ölən və xəsarət alanların ailələrinə yardım məqsədilə 1,5 milyon dollardan çox (2,2 milyondan çox Yeni Zelandiya dolları) vəsait toplanıb.
Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, vəsait “Givealittle” fondu tərəfindən topanıb. İndiyədək 33 mindən çox adam ianə verib.
Xatırladaq ki, martın 15-də Avstraliya vətəndaşı Brenton Tarrant Kraystçerç şəhərindəki iki məsciddə terror aktı törədib. Hücum nəticəsində 50 nəfər həlak olub. Məhkəmə B. Tarrantı aprelin 5-dək həbsdə saxlamaq qərarını verib.

DİGƏR XƏBƏRLƏR

Top