
Bakıda küçənin ortasında ana övladını döyüb.
Yeniavaz.com Unikal.org-a istinadən xəbər verir ki, bu gün paytaxtın Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, Memar Əcəmi metrostansiyası yaxınlığında ana azyaşlı oğlunu sillələməyə başlayıb. Ana ilə övladı arasında yaranan münaqişəyə ətrafdakılar müdaxilə etmək istəyib. Bu zaman valideyn ətrafdakılara sərt reaksiya göstərib. Oğul ağlayıb qışqıraraq bildirib ki, "mən səninlə getmək istəmirəm". Sonra münaqişəyə ətrafda xidmət göstərən polis müdaxilə edib. Polisin müdaxiləsi belə övladı sakitləşdirməyib.
Tətbiqimizi yükləyə bilərsiniz